Miloş Kerkez üçün iki nəhəng klub transfer yarışına girib

"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" M.Kerkezin xidmətində maraqlıdır.

21 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Miloş Kerkez cari mövsüm çıxış etdiyi 19 matçda 1 qol və 2 asistlə yadda qalıb.

Gənc müdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 28 milyon avro olaraq qiymətləndirilir.