Miralem Pyaniçin yeni klubu bilindi
Məşhur futbolçu Miralem Pyaniç karyerasını Rusiya çempionatında davam etdirəcək.
Sportline.az xəbər verir ki, borsniyalı yarımmüdafiəçi ÇSKA-nın formasını geyinəcək.
Bu haqda jurnalist İvan Karpov öz teleqram-kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Pyaniç moskvalılarla 2025-ci ilədək müqavilə imzalayacaq.
Onun sabah tibbi müayinədən keçəcəyi bildirilir.
Qeyd edək ki, məşhur futbolçu karyerası ərzində "Roma", "Yuventus", "Barselona" kimi klubların şərəfini qoruyub.
Onun spn klubu BƏƏ-nin "Şarja" klubu olub.