Mirançuk MLS-də ilk qolunu vurub

MLS-də 29-cu turun oyununda "Atlanta Yunayted" doğma meydanda "İnter Mayami" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş 2-2 hesablı bərabərliklə yekunlaşıb.

84-cü dəqiqədə Atlantanı məğlubiyyətdən xilas edən rusiyalı futbolçu Anton Mirançuk eyni zamanda MLS-də ilk qolunu vurub. Meydan sahiblərinin heyətində ilk qolun müəllifi Lobjanidze olub. "İnter Mayami'nin qolları isə David Ruiz və Leonardo Kampanyadan gəlib.

Xallarını sayını 32-yə çatdıran "Atlanta Yunayted" 11-ci pilləyə yüksəlib. 1-ci sıradakı "İnter Mayami"nin aktivində 63 xal var.

Qeyd edək ki, Aleksey Mirançuk yay transfer pəncərəsində "Atalanta"dan "Atlanta Yunayted"ə 12 milyon avro qarşılığında transfer olunub.