Misirli futbolçu "Mançester Siti"yə transfer olacaq
"Ayntraxt"ın misirli futbolçu Omar Marmuş karyerasını "Mançester Siti"də davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Marmuşu transfer edib.
Transferin bu həftə açıqlanması gözlənilir.
Qeyd edək ki, Marmuş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 oyunda 20 qol və 14 asistlə yadda qalıb.