MLS-də koronavirus şoku

ABŞ-ın MLS çempionatı koronavirus testlərinin nəticələrini açıqlayıb. 

Sportline.az xəbər verir ki, 18 futbolçunun və 6 işçinin testləri müsbət nəticələnib. Ümumilikdə, mövsümün yenidən başlaması ərəfəsində 668 futbolçu testdən keçib. 

Qeyd edək ki, MLS-də yeni mövsüm iyulun 8-də bərpa olunacaq. Turnir dünya çempionatı formatında Orlandoda keçiriləcək və 11 avqusta qədər davam edəcək. Oyunçular və klub rəsmiləri mütəmadi olaraq koronavirus testlərindən keçəcəklər. 

MLS-də mövsüm martın 12-də koronavirusa görə dayandırılıb.