"Monako" "Brügge" ilə oyuna itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, "Brügge" öz meydanında "Monako" ilə üz-üzə gələcək.
Fransa təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq. Poul Poqba, Lukas Hradeski, Mohammed Salisu, Aleksander Qolovin və Denis Zakaria zədə səbəbindən matçı buraxmalı olacaq.
"Brügge"də isə yeganə itki Romeu Vermantın adı ilə bağlıdır.
Qeyd edək ki, görüşü italiyalı hakim Simone Sozza idarə edəcək.
"Brügge" - "Monako" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.