"Monako" Reşford üçün hərəkətə keçib
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Sportline.az "Telegraaf" nəşrinə istinadən xəbər verir ki, "Monako" Reşfordu transfer etmək üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
27 yaşlı hücumçu İngiltərə klubundan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, "Mançester Yunayted" Reşford üçün 60 milyon avro tələb edir.
O cari mövsüm çıxış etdiyi 24 oyunda 7 qol və 3 asistlə yadda qalıb.