"Monako"dan Türkiyə klubuna keçib
Ben Yedder Türkiyə klubuna keçdi.
Sportline.az xəbər verir ki, fransalı hücumçu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.
Təcrübəli forvard "Sakaryaspor" klubu ilə müqavilə imzalayıb.
Bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
35 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Ben Yedderin son komandası İranın "Sepahan" klubu olub. O, Fransa millisində 19 oyunda meydana çıxıb.