Morqan Rocers "Çelsi" yolunda

"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers karyerasını "Çelsi" klubunda davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün 70 milyon avro ödəməyə hazırdır.

23 yaşlı futbolçunun klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rocers ötən mövsümü 54 matçda 14 qol 13 asistlə tamamlayıb.