Morqan Rocers "Mançester Yunayted"ə keçə bilər

"Aston Villa"nın futbolçusu Morqan Rocers yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Tele Football" nəşri məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 51 matçda 12 qol, 9 asistlə yadda qalıb.