Mourinyo İngiltərəyə qayıda bilər

“Fənərbağça” klubunun təcrübəli baş məşqçisi Joze Mourinyonun İngiltərə Premyer Liqasına geri dönəcəyi iddia olunur.

Sportline.az “Football İnsider” saytına istinadən xəbər verir ki, “Everton” klubu sükanı ona həvalə etmək niyyətindədir. 

Bu yay “Fənərbağça”nın dəvətini qəbul edən Mourinyonun yaxın günlərdə bu təkliflə bağlı cavabını açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” kimi klubları çalışdırıb.