Mövsümün ən yaxşı qapıçısı

İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub.

Sportline.az xəbər verir ki, “Real”ın qolkiperi Tibo Kurtua bu ada layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kurtua mövsüm ərzində oyun sayına görə ən az qol buraxan qapıçıya təqdim edilən “Samora” mükafatına sahib çıxıb.

28 yaşlı belçikalı qapıçı ötən gecə yekunlaşan mövsümdə 34 oyuna 20 qol buraxıb. Bu, hər oyuna orta hesabla 0.59 qol deməkdir. Kurtua 18 çempionat oyununda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Real” qapıçıları 2008-ci ildən bu mükafatı qazanmırdı. Sonuncu dəfə İker Kasilyas “Samora”ya layiq görülüb. Kurtua isə bundan əvvəl daha iki dəfə - “Atletiko”da çıxış edərkən (2012-2013, 2013-2014) ən yaxşı qapıçı seçilib.