Mövsümün sonunda "Arsenal"dan ayrılacaq
"Arsenal"ın yarımmüdafiəçisi Kristian Norqaard mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qari Yakop məlumat yayıb.
32 yaşlı futbolçu əsas heyətə düşə bilmir. Bu səbəbdən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, K.Norqaard "Arsenal"a ötən ilin yayında "Brentford"dan 11.6 milyon avro qarşılığında transfer olunmuşdu.