MTK - "Qəbələ" matçı isveçlilərə tapşırıldı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək MTK (Budapeşt) - "Qəbələ" oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş isveçli hakimlər briqadasına tapşırılıb. 

İyulun 14-də Macarıstanın Dyer şəhərində keçiriləcək görüşdə Boyan Pandjiç baş hakim olacaq. Qarşılaşmanın yan xətt hakimləri Stefan Hallberq və Maqnus Syoblom, dördüncü hakimi isə Mohammed Al-Hakimdi.

Qeyd edək ki, MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.