Mübariz Mənsimov məhkəmə qarşısına çıxdı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılıb və ifadə verib.
Sportline.az xəbər verir ki, bu barədə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva bildirib.
M.Mənsimov məhkəmədə bunları deyib:
"Sayın Başkan, olanları görürsüz, eşitdiniz. Mənim FETÖ deyilən şərəfsizlə əlaqəm olmadı tam əksinə onlar mənimlə mübarizə apardı. Sağlığım yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm, deyilənlər böhtandır. Mən bir Türk milliyətcisi, Atatürk sevdalısıyam nə işim ola bilər Fetoyla. Mən şiyəyəm. Bizdə inam felan olmaz. Tamamiylə yalandır bunlar. Mən bütün sənədləri, bilgisayarımı, telefonlarımı öz əlimlə məhkəməyə təqdim etdim. Mən 10 ildir eyni telefon işlədirəm. O şərəfsizlərlə yaxından uzaqdan hec bir əlaqəm olmadı. Mən bu məhkəmədə hec bir dəlil görmədim sadəcə oyun gördüm. Sizdən xahiş edirəm hüququ doğru tərəfə istifadə edin".
Məhkəmə 13 yanvara təxirə salınıb.