Mükafatları Ramin Musayev təqdim edəcək

Peşəkar Futbol Liqası açıqlama yayıb.

Sportline.az xəbər verir ki, qurumun saytında yayılan açıqamada bildilib ki, 2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların təqdimatının vaxtı və planında müəyyən dəyişiklik edilib. Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da başlanacaq və canlı yayımlanmayacaq, KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Qeyd edək ki, mərasim əvvəlcədən nəzərdə tutulduğu kimi, “Azərsun Arena”da deyil, “Qarabağ”ın bazasında, məhdud dairədə keçiriləcək.