Multimedia "ASTA Mingəçevir" klubu yeni transferlər həyata keçirib
Azərbaycanın I Liqa klubu "ASTA Mingəçevir" yeni transferlər həyata keçirib.
Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən bildirilib
Bölgə təmsilçisi yerlilərdən Vüsal Əsgərov, Taleh Qarayev, Orxan Sadıqlı və Sahib Həsənovu heyətinə qatıb. Həmçinin qanalı futbolçu Cona Attuquaye də cari mövsümdə komandanın formasını geyinəcək.
Qeyd edək ki, "ASTA Mingəçevir" I Liqanın ilk turunda səfərdə "Səbail"lə üz-üzə gələcək. Görüş sabah, saat 19:00-da "ASCO Arena"da start götürəcək.