Mundialın himni təqdim olundu
Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının himni təqdim edilib.
SportLine.az xəbər verir ki, Amerikalı müğənni Ceyson Derulonun ifa etdiyi mahnı "Rənglər" adlanır.
C.Derulo mahnını iyunun 14-də Moskvanın "Lujniki" stadionunda Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçiriləcək turnirin açılış mərasimində ifa edəcək.