Bakıda çıxış edən müğənni Mundialın himnini oxuya bilər
Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Çempionatının himnini Leydi Qaqa oxuya bilər. SportLine.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
Xəbərə görə, amerikalı müğənni mahnını hazırlayıb və FİFA-ya göndərib.
Qeyd edək ki, Leydi Qaqa Bakı-2015 Avropa Oyunlarının açılış mərasimində də çıxış edib.