"Udineze" yeni baş məşqçinin adını açıqlayıb

“Udineze” yeni baş məşqçisinin adını açıqlayıb. SportLine.az xəbər verir ki, Latsioya 0-3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Cüzeppe Yakinini  Luici del Neri əvəzləyəcək. 66 yaşlı mütəxəssis hazırda cəmi 7 xalla 16-cı pillədə qərarlaşan udineliləri böhrandan çıxarmağa çalışacaq. Qeyd edək ki, Del Neri İtaliyanın “Yuventus”, “Roma” kimi tanınmış klublarındakı fəaliyyəti ilə tanınır. Onun son iş yeri isə “Verona” olub.