Musa Qurbanlı milliyə dəvət alıb

"Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Millimiz Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.