Musiala "Bavariya"dan ayrılır?
"Bavariya"nın almaniyalı futbolçusu Camal Musiala mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul", "Arsenal", "Mançester Siti" və "Çelsi" Musialanın xidmətində maraqlıdır.
Musialanın Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 24 matçda 14 qol və 6 asistlə yadda qalıb.