“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Antuan Kombuarenin baş məşqçi olduğu komanda XII turda “Nitsa”nın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı “Nant” açıb. Qolu 49-cu dəqiqədə İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalti zərbəsi ilə fərqlənib.

Bu nəticədən sonra meydan sahibləri 13 xalla 12-ci, qonaqlar isə 11 xalla 15-ci sırada qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.