"Nant"ın fransalı futbolçusu İstanbul nəhənginə transfer ola bilər

"Fənərbağça" fransalı futbolçu Natan Zeze üçün "Nant"a rəsmi təklif göndərib.

Sportline.az "Ouest France" nəşrinə istinadən xəbər verir ki, "Nant" N.Zeze üçün "Fənərbağça"dan 20 milyon avro tələb edir.

Sözü gedən futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Natan Zeze bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 qolla yadda qalıb.