“Napoli” bu gün PSV ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, “Napoli” bu turda səfərdə PSV ilə üz-üzə gələcək.
İtaliya klubunda Nikita Kontini, Amir Rahmani, Stanislav Lobotka və Romelu Lukaku zədəlidir.
PSV-də isə Kilian Sildia, Alassane Plea və Ruben van Bommel baş məşqçi Peter Boşun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 23:00-da səslənəcək oyunu almaniyalı Daniel Zibert idarə edəcək.