"Napoli" "Real Madrid"ə 50 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in sağ cinah vingeri Franko Mastantuono yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Napoli" 18 yaşlı oyunçü üçün 50 milyon avro ödəməyə hazırdır.

F.Mastantuono bu mövsüm meydana çıxdığı 14 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Argentina millisinin üzvünün "Real"la sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.