"Napoli"dən "Cenoa"ya təklif var
"Napoli" "Cenoa"nın ingiltərəli futbolçusu Bruk Norton-Kaffi üçün rəsmi təklif göndərib.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya çempionu bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
B.Norton Kaffi "Napoli" klubuna keçməyə razılıq verib.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 1 asistlə yadda qalıb.