"Napoli"dən "Liverpul"a təklif var

"Napoli" bu yay heyətinə yeni hücumçu transfer etməyi düşünür.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes "Napoli" klubun əsas transfer hədəfinə çevrilib.

26 yaşlı hücumçunun transfer qiyməti 47 milyon avrodur.

Qeyd edək ki, Nunyes ötən mövsüm meydana çıxdığı 47 matçda 7 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.