“Napoli”dən Meyno həmləsi

“Mançester Yunayted”in ingiltərəli futbolçusu Kobi Meyno karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Napoli” 20 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu haqda “Mirror Football” nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Meyno bu mövsüm meydana çıxdığı 8 matçda 1 asistlə yadda qalıb.