"Napoli"nin müdafiəçisi "Nottingem"in radarına düşüb

"Napoli"nin sol cinah müdafiəçisi Matias Oliveyra karyerasını "Nottingem Forest"də davam etdirə bilər.

Sportline.az "Tuttomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı uruqvaylı oyunçu bu keçidə müsbət baxır.

M.Oliveyra cari mövsüm 18 rəsmi matçda iştirak edib, məhsuldarlıq göstəricisi yoxdur.

Qeyd edək ki, sözügedən futbolçunun dəyəri 18 milyon avrodur.