“Napoli”nin sabiq futbolçusu “Roma”da çıxış edə bilər

Ciakomo Raspadori “Roma” klubuna transfer olma ehtimalı yüksəkdir.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid” 25 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir.

Bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.

Qeyd edək ki, C.Raspadori cari mövsüm meydana çıxdığı 14 matçda 2 qol, 3 asistlə yadda qalıb.