"Napoli"nin yeni hücumçusu o olacaq

"Napoli" yeni hücumçusunu İngiltərədən tapdı.

Sportline.az xəbər verir ki, İtaliya çempionu "Mançester Yunayted"in danimarkalı forvardı Rasmus Höylunddu heyətinə qatmağa çalışır.

Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

22 yaşlı futbolçu Mançester klubundan ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, R.Höylunddun transfer qiyməti 40 milyon avrodur.