Natalya Məmmədova yenidən millidə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, Dünya çempionatının təsnifat mərhələsində Faiq Qarayevin güvənəcəyi heyətdə Nataliya Məmmədova da var. 2013-cü ildən millidə çıxış etməyən "Valero"nun kapitanı artıq heyətə qoşulub:

Azərbaycan millisinin heyəti: Ceyran Əliyeva, Kseniya Poznyak, Anastasiya Qurbanov, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yekaterina Jitkova, Valeriya Məmmədova, Yekaterina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, Marqarita Əzizova, Yana Əzizova, Anastasiya Bessonova, Ülkər Kərimov, Yuliya Kərimova, Yana Kulan, Natalya Məmmədova, Kseniya Pavlenko, Yelizaveta Səmədova

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində C qrupunda Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsraillə oynayacaq.