Nazarov 90 dəqiqə oynadı

Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" II Bundesliqada növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, 2-ci tur çərçivəsində komanda "Haydenhaym"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov start heyətində meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.