Nazarov fərqləndi, komandası məğlubiyyətdən xilas oldu
Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Hannover" kollektivi olub.
Doğma meydanda keçirilən oyunda son saniyələrdə həll edilib. Əsas vaxta əlavə olunan 4-cü dəqiqədə fərqlənən D.Nazarov komandasını məğlubiyyətdən qurtarıb - 2:2.
“Ertsqebirge Aue” - "Hannover" - 2:2
Qollar: Valdemar Anton, 3 (0:1), Paskal Koepke, 35 (1:1), Martin Hanrik, 59 (1:2), Dmitri Nazarov, 90+4 (2:2)
Qeyd edək ki, “Ertsqebirge Aue” 30 turdan sonra 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.