Nazarov oynadı, komandası heç-heçə etdi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Bohum” kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
D.Nazarov start heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Erzgebirge Aue” hazırda 19 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.