Nazarov oynadı, komandası səfərdə 3 xal qazandı
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Aue təmsilçisi "Kayzerslautern"in qonağı olub.
Matç meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib - 0:2.
D.Nazarov meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, xalını 10-a çatdıran Nazarovun komandası turnir cədvəlində 8-ci pilləyə yüksəlib.