Nazarov 7 qol vurdu, komandası 31:0 hesablı qələbə qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erçqebirqe" növbəti yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Aue təmsilçisi həvəskar komanda sayılan "Endstandt Reynbax"la qarşılaşıb. Oyun "Erçqebirqe"nin 31:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin futbolçusu Dmitri Nazarov oyunda 7 qol vurub.