Nazarov qol vurdu, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, rəqib "Vürtsburger Kikers" kollektivi olub.
Qarşılaşma Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
D.Nazarov oyuna start heyətində daxil olub və 90 dəqiqə mübarizə aparıb. Futbolçu 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, bu, D.Nazarovun mövsüm ərzində 9-cu qoludur (7-i penaltidən olmaqla).
Xal ehtiyatını 36-a çatdıran "Ertsqebirge Aue" 13-cü pillədə qərarlaşıb.