Nazarov son oyunda sevindi

Almaniya 2-ci Bundesliqasında 34-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” mövsümün son turunda səfərdə "Regensburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Start heyətdə meydana çıxan Nazarov 90-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 47 xala malik “Ersgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.