Nazarovun komandası qalib gəldi

Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” öz meydanında “Hannover"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Zədəli olan Nazarov görüşdə iştirak etməyib.

Qeyd edək ki, 33 turdan sonra 44 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.