Nazarovun komandası uduzdu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu Almaniya "II Bundesliqa"sında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, "Karlsrue" "Yunion Berlin"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 46-cı dəqiqəsində meydana çıxan Nazarov 79-cu dəqiqədə sarı vərəqə alıb. 
 
Qeyd edək ki, "Karlsrue" hazırda 30 xalla 10-cu pillədə qərarlaşıb.