Nazim Süleymanov Litva sınağında

19 yaşadək futbolçulardan ibarət millimiz bu gün  Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. SportLine.az xəbər verir ki, Litvada baş tutacaq ilk qarşılaşmada komandamızın rəqibi Avstriyadır. Bu sınaqlarda Nazim Süleymanovun komandası ilk iki yerdən birini tutmağa çalışacaq. Növbəti mərhələyə 13 qrupun hərəsində ilk iki yeri tutanlar, həmçinin ən yaxşı 3-cü yer sahibi yüksələcək. Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq Azərbaycan – Avstriya matçı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qeyd edək ki, qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

 

U-19  Avropa çempionatı

V qrup

I tur, 4 oktyabr

 

15:00. Avstriya – Azərbaycan

Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)

Hakim-isnpektor: Yan Veqeref (Hollandiya)

Mariampol. “Mariampol” stadionu

Banner