NBA-da günün nəticələri

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma olub. Doğma arenada Mayami Hiti qəbul edən Filadelfiya Siksers pərəstişkarlarını sevindirib. İlk hissidən təşəbbüsə yiyələnən filadelfiyalılar yalnız son periodda rəqibə fərqlənmək imkanı veriblər. Amma, bu, ev sahiblərinin inamlı qələbəsinə mane olmayıb. 125-108.

Günün digər oyunlarında Hyuston Rokets San Antonio Spörsə 109-105 hesabı ilə qalib gəlib.

Toronto Reptors – Şarlot Hornets görüşündə ev sahibləri qələbə qazanıblar. 111-108.

Denver Naqets – Qolden Steyt Varriors matçında birincilərin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. 114-104.

Portlend Treyl Bleyzers isə, İndiana Peysersə məğlub olub. 87-111.