NBA-da növbəti rekord qeydə alınıb

Gecə saatlarında keçirilən ‘San Antonio Spurs”-“Oklohoma Siti Tander” matçında növbəti NBA rekordu qeydə alınıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki,sözügedən oyunda 20 yaşlı fransalı basketbolçu Viktor Vembanyama NBA tarixində bir oyunda 25 xal, 10 ribaund, 5 asist , 5 blok və 5 üçlük atışla çıxış edən ilk oyunçu olub.

Qeyd edək ki, görüş 132-118 hesabı ilə “San Antonio Spurs”ün xeyrinə yekunlaşıb.