"Neftçala" mükafatı minnətlə götürdü

Bu gün 1-ci  divizionun qalibinin mükafatlandırma mərasimi keçirilib. Amma, tədbir baş tutmaya da bilərmiş. SportLine.az xəbər verir ki,  yarışın qalibi "Neftçala" futbolçuları təltifetmə mərasiminə qatılmaq istəməyiblər. Səbəb kimi isə, divizionun qalibinin Premyer Liqaya qatıla bilməyəcəyi göstərilib. PFL rəhbərliyinin məsələyə izah gətirməsindən  sonra baş məşqçi Kamal Quliyev və komandası mükafatları qəbul ediblər. Xatırladaq ki, ötən mövsümü də qələbə ilə başa vuran "Neftçala" lisenziya tələblərinə cavab vermədiyindən Premyer Liqaya yüksələ bilməmişdi. Qeyd edək ki, lisenziya ilə bağl qərar hələ verilməyib. Bu baxımdan, "Neftçala" klubunun gələn mövsün hansı yarışda iştirak edəcəyi də tam bəlli deyil.  

Banner