"Neftçi" "Baltsan"a uduzdu

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Neftçi" doğma azarkeşlər önündə meydana çıxıb. 

Malta səfərində iki cavabsız qolla qalib gələn Vəli Qasımovun komandası "Baltsan"la cavab oyununa da qələbə əzmi ilə çıxıb. İlk qolu da "ağ-qaralar" vurub. Ancaq üstünlüyü qorumaq mümkün olmayıb. İki qol vuran "Baltsan" qələbə qazanıb. Bununla belə, səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn "Neftçi" adını növbəti mərhələyə yazdırıb. 

07 iyul 2016
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) - 1:2
QOLLAR:
Jairo, 20 (1:0); Lidon Mikallef, 50 (1:1); Lidon Mikkalef, 67 (1:2)

Baş hakim: Yaroslav Kozuk
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km qəsəbə stadionu stadionu

İlk oyun – 2:0