"Neftçi" braziliyalı futbolçu transfer edir

"Neftçi" Braziliya B Seriyasında mübarizə aparan "Quarani" komandasının futbolçusu Tallison Auqustonun transferinə hazırlaşır. 

Sportline.az "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik müqavilə imzalayacaq.

Bildirilir ki, Auquston ötən gün komanda ilə yollarını ayıran Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

 O, futbolçuya təklif olunan məbləğin hazırkı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.