"Neftçi" Dabonu belə cəzalandırdı

"Neftçi" klubunun rəhbərliyi, futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışı ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, aparılan müvafiq müzakirələrdən sonra, heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub.

Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.