"Neftçi" daha bir legionerlə anlaşıb
“Neftçi” heyətinə daha bir futbolçu cəlb edəcək.
Sportline.az-a daxil olan məlumata görə, paytaxt klubu dayaq yarımmüdafiəçisi İdrissa Dumbiya ilə anlaşıb.
27 yaşlı dayaq yarımmüdafiəçisi ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Sözügedən futbolçunun son iş yeri Qətərin “Əl-Əhli” klubu olub.
Kot-d’ivuarlı oyunçunun azad agent statusunda olduğu bildirilir.
Qeyd edək ki, İdrissa Dumbiya karyerası ərzində “Anderlext”, “Sportinq”, “Ueska” və “Alanyaspor” klublarının da şərəfini qoruyub.
O, Kot-d’İvuar millisinin heyətində 4 oyun keçirib.